


Haqqımızda
“Bonamed Tədris Akademiyası”- Azərbaycanın qabaqcıl tədris müəssisələrindən biri olaraq, "Tibbi kosmetologiya" ixtisası üzrə bu sahəyə olan ehtiyacları qarşılamaq, cəmiyyətin xeyrinə tədqiqatlar təklif etmək, öz təməl dəyərlərinə sadiq, peşəkar və mədəni cəhətdən püxtələşmiş, inkişafa açıq, elmi düşüncəni həyat tərzi kimi mənimsəmiş, cəmiyyətin həyat keyfiyyətini yüksəltmək məqsədilə ən üst səviyyədə təhsil verərək fərdlər yetişdirməkdədir.
Tədris Akademiyasının məqsədi "Tibbi kosmetologiya" ixtisası üzrə fəaliyyət göstərən və yeni fəaliyyətə başlayan həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik, bacarıq və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunmasıdır. Bu məqsədlərin həyata keçirilməsi zamanı “Bonamed Tədris Akademiyası”-da yüksək kvalifikasiyalı həkimlərin tədris və metodikasından istifadə edə bilərsiniz. Bu sahədə təhsilin vacibliyini nəzərə almaqla, Akademiya olaraq qabaqcıl texnologiyalı diaqnostika və müalicə metodları tətbiq edərək sizə tədris və təlimi təmin edən həkimlərlə çalışırıq.
Tədris müddəti ərzində iştirakçılar “Tibbi Kosmetologiya”-nın bütün incəliklərinin tədrisini əldə etməklə yanaşı, praktiki təlimlərdə də iştirak edərək, nəzəri biliklərini inkişaf etdirirlər. Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılara ixtisasa buraxılışı təsdiqləyən müvafiq sənəd təqdim olunur.
Akademiyamızın istər həkimləri, istər imtahanı müvəffəqiyyətlə bitirən üzvləri daimi olaraq "Estetik Tibb və Kosmetologiya” üzrə Beynəlxalq Konfranslarda iştirak edir.
Tibbin ən son metodlarını tətbiq edərək sizlərə xidmət göstərməkdən çox məmnunuq!
Bloq
Sorry, we couldn't find any posts. Please try a different search.