Biz kimik ?“Bonamed” şirkəti tibbi müəssisələrin və sosial infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisini həyata keçirən mütəxəssis şirkətlərdən biridir. Şirkətimiz tərkibinə proyekt və iş sənədləşdirilməsini də həyata keçirən kompleks layihələndirmə şöbəsinin daxil olduğu xüsusi “layihə-tikinti” komandasına malikdir. Şirkətimizin qarşıya qoyduğu ilk məqsədlərindən biri güclü və davamlı daxili struktur yaratmaqdır.

"Tikinti layihələrinin “layihə-tikinti” sxeminə əsasən həyata keçirilməsi elə bir sistemidir ki, burada həm layihələndirmə, həm də tikinti bir təşkilat tərəfindən həyata keçirilir. Tikinti layihəsinin idarə edilməsi layihənin həyat dövrünün hər bir mərhələsinin, yəni ideyanın hazırlanmasından tamamlanmasına qədər istiqamətləndirilməsini və təşkilini əhatə edir. Tikintinin layihələndirilməsi məsrəflərə nəzarət, planlaşdırma, satınalma və risklərin qiymətləndirilməsi də daxil olmaqla bir çox vacib məsələlərin həllini tələb edən mürəkkəb bir işdir. Riskin qiymətləndirilməsi və fövqəladə halların planlaşdırılması da tikintinin ilkin mərhələsinin əsas hissəsidir.
Tibb müəssisələrin və sosial infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi çox şaxəli işdir. Xüsusiyyətlərin dərin təhlili və hər bir element üçün bir çox xüsusi tələblərin nəzərə alınması tələb olunur. Layihələndirmə tibb müəssisəsi və sosial infrastruktur obyektlərinin profilindən asılıdır və texnoloji cəhətdən maksimum diqqət və əmək tələb edir. Obyektin tikintisi və ya yenidən qurulması üçün, texniki cəhətdən əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli model təklifi üçün bu xüsusi sahədə bütün nüansları bilən bir mütəxəssis şirkətlə əlaqə saxlamaq daha yaxşıdır.
Layihələndirmə tikinti prosesinin başlanğıc mərhələsi olduğu üçün şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir və layihələndirmə prosesinə xüsusi diqqət yetirir.
İlkin mərhələdə tikiləcək obyektin tam və ətraflı təsvirini təqdim edir, bütün incəlik və xüsusiyyətləri nəzərə alaraq sifarişçinin tələbinə cavab verəcək işi ərsəyə gətiririk. Yüksək kvalifikasiyalı mütəxəssislərimizin vasitəsi ilə layihə komandamız tam olaraq kompleks montaj-tikinti işlərini həyata keçirir və həmçinin baş podratçı funksiyalarını yerinə yetirir."

Rüfət Qocayev

“Bonamed” şirkətinin layihələri bütün müasir tələblərə cavab verir, təhlükəsizlik, komfort, enerjiyə qənaət və ekoloji təmiz olmasına riayət edir.
Əlavə olaraq kompleks layihələndirmə və tikinti komandamızın müxtəlif növ sənaye müəssisələrinin,avtomatlaşdırılmış sistemlərin,texnoloji renovasiyaların həyat keçirilməsi və digər növ sahələrdə müxtəlif müəssisələrin proyektləşdirilməsi üzrə mütəxəssisləşmiş qrupları mövcuddur.
Şirkətimiz beynəlxalq standartlara uyğun və müstəsna müştəri məmnuniyyətini təmin edən layihələr həyata keçirən aparıcı şirkətlərdən biridir. Müasir prinsiplərdən və mürəkkəb texnologiyalardan istifadə edərək, Bonamed şirkəti bütün növ tikintilərdə tanınmış, mükəmməlliyi, keyfiyyəti və etibarlılığı ilə həm milli, həm də qlobal miqyasda hər zaman əsas üstünlük əldə etməyi qarşıya məqsəd qoyur.
Layihələndirmə mərhələsində əsas məqsəd həyata keçiriləcək yenilənmə işlərinin çertyojunu hazırlamaq və təhlükəsizlik tədbirləri üzərinə daha çox diqqət ayırmaqdır. Layihənin icrası zamanı sifarişçinin tapşırıqları, tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin spesifik vəziyyəti nəzərə alınır. Nəticədə, müvafiq bir layihə hazırlanır və bu sənəd əsasında tikinti prosesi həyata keçirilir.
Çoxillik təcrübəsi sayəsində şirkətimiz təyinatından asılı olmayaraq istənilən tikinti layihəsini sona qədər uğurla həyata keçirməyə qadirdir. Eyni zamanda, bu sahənin peşəkarlarından ibarət olan təcrübəli komandamız optimal nəticələr əldə etmək və sifarişçiləri daim razı salmaq üçün layihənin hazırlanmasından tutmuş onun icrasına qədər bütün mərhələrdə müştərilərə orijinal həll yolları təklif edirlər. Həmçinin, sifarişçilər layihələndirmə xidmətlərimiz sayəsində inşa ediləcək tikilinin funskionallığından tutmuş bütün gələcək xüsusiyyətləri barədə tam təsəvvürə malik olurlar.

bb5
Scroll to Top